“Qarabağ” və “Qəbələ”nin pley-off mərhələsində ilk sınağı

11:33 - 18 Avqust 2016 - İDMAN

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da qrup mərhələsinə düşmək üçün mübarizə aparacaq.İsveçin “Höteborq” klubu ilə qarşılaşacaq təmsilçimiz ilk oyun öncəsi cütün favoriti hesab olunur. “Köhlən atlar” İsveçdə qalib gəlsələr, bu, onların qitənin ikinci dərəcəli klub turnirində yubiley – 20-ci sevinci olacaq.
Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” isə qrup mərhələsinə gedən yolda son maneəni dəf etmək üçün ilk qarşılaşmasına çıxacaq. Artıq 3 mərhələni arxada qoymuş “qırmızı-qaralar” Sloveniyanın “Maribor” klubu ilə üz-üzə gələcək. Ötən mövsüm dörd təsnifat mərhələsi adlayan əyalət klubu bu dəfə də eyni nəticəni sərgiləməyə iddialıdır. İlk dəfə avrokubok matçını “Dalğa Arena”da keçirəcək əyalət klubu yeni məkanında qələbə ilə yadda qalmaq istəyir.

 Avropa Liqası
Pley-off, ilk oyun
18 avqust

 
21:00. “Höteborq” (İsveç) - “Qarabağ”
Höteborq. “Qamla Ullevi” stadionu
 
21:00. “Qəbələ” – “Maribor” (Sloveniya)
Bakı. “Dalğa Arena” stadionu

Xəbər xətti