Gəncədə ər arvadını bıçaqlayaraq qətlə yetirib. APA-nın verdiyi məlumata görə, hadisə bu gün şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla balı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.