Bakıda kişi qeyri-rəsmi yaşadığı həyat yoldaşının itkin düşməsi barədə polisə məlumat verib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi yaşadığı həyat yoldaşı 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənovun Y.Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub.
Meyit ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.