Bakıda geyim mağazasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan geyim mağazasının anbarında geyim əşyaları 17 m² sahədə yanıb.
Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.