Azərbaycan cüdoçusu Uşanqi Kokauri 100 kq-dan artıq çəki kateqoriyasında Rio de Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1/8 finala çıxıb.Trend-in məlumatına görə, həmyerlimiz 1/16 finalda latviyalı idmançı Arturs Nikiforenko üzərində qələbə qazanıb.Onun 1/8 finaldakı rəqibi yapon cüdoçu Hisoyoşi Harasava olacaq.
Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.