Ötən ilin dekabr ayında təbii fəlakət nəticəsində dayazsulu “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan sonra aparılan əsaslı təmir işləri öz bəhrəsini verməkdədir. Bu günlərdə özüldəki 160 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.SOCAR-dan verilən məlumatına görə, quyu Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 2 950-2 909 metr intervaldan sutkalıq 99 ton neft və 11 500 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.