Sumqayıtda partlayış: avtomobil yandı

16:08 - 12 Avqust 2016 - HADİSƏ

Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ərazidə 5 m2 sahədə taxta tullantıları və "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Hadisə zamanı avtomobilin sahibi yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti