SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə cari ilin yanvar-iyul ayları ərzində 6681,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 197,5 kilometr qaz kəməri əsaslı təmir olunub.
SOCAR-dan verilən məlumata görə, aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-iyul aylarında 125 yaşayış məntəqəsi qazlaşdırılıb.