Bakıdakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının ilk günü başlayıb.Azərbaycanı yarışlarda Marina Durunda və Jalə Piriyeva, həmçinin Siyanə Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynəb Çeleb və Ayşən Bayramovadan ibarət qrup hərəkətləri üzrə yığma təmsil edəcək.
Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparacaq. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.trend