Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı danışıqların növbəti mərhələsi başlayıb."Report" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edir.
Daha əvvəl M.Məmmədquliyevin jurnalistlərə bildirdiyinə görə, danışıqlar çərçivəsində Azərbaycan üzrə işçi qrupun görüşü keçiriləcək, kənd təsərrüfatına daxili dəstək üzrə çoxtərəfli müzakirələr aparılacaq.
Danışıqlar iyulun 23-dək davam edəcək.