Bu gün Bakıda Azərbaycan-Belarus biznes forumu keçirilib.“Report” xəbər verir ki, forum çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) ilə Belarus Ticarət-Sənaye Palatasının Minsk şöbəsi arasında qarşılıqlı mənfəətli əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi Azpromo-nun rəhbəri Rüfət Məmmədov və Belarus Ticarət-Sənaye Palatasının Minsk şöbəsinin baş direktorunun müavini Tatyana Dubova imzalayıblar.
Tədbirdə hər iki ölkənin biznes və investisiya mühiti barədə təqdimat keçirilib.
Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib, eyni zamanda əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Azpromo-nun təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı, qida sənayesi, kimya, tekstil, maşınqayırma, metallurgiya, kağız sənayesi və digər sahələri təmsil edən yüzə yaxın sahibkar iştirak edib.