Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir. APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 0,09 dollar bahalaşaraq 45,50 dollar olub.
Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar artaraq 46,87 dollara çatıb.