İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Argentina milli komandasındakı karyerasını başa vurub. "Report"un məlumatına görə, 29 yaşlı hücumçu qərarını Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra açıqlayıb. "Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim qərarımdır" deyə o bildirib.
Qeyd edək ki, ABŞ-da keçirilmiş Amerika Kubokunun finalında Argentina Çiliyə penaltilər seriyasında uduzub - 2:4. Penaltilərdən birini Lionel Messi yerinə yetirə bilməyib.