“Avro-2016”: Fransa - İrlandiya, Almaniya - Slovakiya, Macarıstan - Belçika

15:46 - 26 İyun 2016 - İDMAN

Bu gün “Avro-2016”nın 1/8 final mərhələsind' daha üç qarşılaşma keçiriləcək. Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkəcək.  Digər görüşdə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşacaq. Günün son oyununda isə Macarıstan və Belçika milliləri üz-üzə gələcək.

26 iyun 

1/8 final 

17:00. Fransa - İrlandiya
Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksey Kulbakov
Lion, şəhər stadionu
 
20:00. Almaniya - Slovakiya
Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers
Lill, "Pyer Moro" stadionu
 
23:00. Macarıstan - Belçika
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson
Tuluza, şəhər stadionu

Xəbər xətti