Türkiyə millisinin baş məşqçisi Fatih Terimin gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 62 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.Milli komandanın futbolçuları ilə görüşən Terim bunları deyib: "Şansımız olsaydı, "Avro-2016"da yolumuza davam edəcəkdik. İndi istirahət edərək yeni mövsümə yaxşı başlayın. Yaxşı hazırlaşın ki, "DÇ-2018"in seçmə mərhələsinə də uğurlu start verək".
Türkiyə mətbuatı bu çıxışa istinad edərək, Terimin vəzifəsində qalacağını yazıb.
Qeyd edək ki, 2013-cü ildən Türkiyə millisini çalışdıran Terimin "Qalatasaray"ın baş məşqçisi təyin olunacağı barədə də xəbərlər yayılıb.