Rəqəmsal bankçılığa keçən PAŞA Bank təhlükəsizlik üçün 4 milyon 549 min manat xərcləyib

11:30 - 21 İyun 2016 - İQTİSADİYYAT

“PAŞA Bank filiallarını artırmaqdansa, rəqəmsal bankçılığa üstünlük verir. Hazırda müştəri əməliyyatlarının 60%-i İnternet bank vasitəsilə həyata keçirilir. Biz əməliyyatlarda İnternet bankın payını daha da artırmaq üzərində işləyirik. 2015-ci ildə PAŞA Bank proqram təminatı və təhlükəsizlik xərclərini 3 dəfə artırıb. Bank 2015-ci ildə proqram təminatı və təhlükəsizlik üçün 4 milyon 549 min manat xərcləyib. PAŞA Bank 2014-cü ildə proqram təminatı və təhlükəsizlik üçün 1 milyon 525 min manat xərcləmişdi”. Bunu keçirilən mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.

Tədbirdə vurğulanıb ki, PAŞA Bank Azərbaycanın maliyyə sektorunda daha da genişlənərək, korporativ müştərilər və özəl bankçılıq seqmentlərində maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan birinə çevrilməyi qarşısına məqsəd qoyub. Bankın 2015-2017-ci illəri əhatə edən cari İnkişaf Strategiyanın əsas hədəflərindən biri aktivlərin yüksək keyfiyyətini saxlamaqdır. Bank mənfəət və risk arasında tarazlıq yaradaraq öz aktivlərini yüksək-likvidli və yarım-likvidli aktivlər arasında bölüşdürub. PAŞA Bank məcmu kapitalını 432,489 min manat (277,343 min ABŞ dolları) səviyyəsinə çatdıraraq bu göstəriciyə görə ən iri bank mövqeyini qoruyub saxlayıb. Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olub. 
2015-ci ilin sonuna olan vəziyyətə, Bankın aktivlərinin ümumi həcmi 2,292,739 min AZN,  1,470,270 min ABŞ dolları1 təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü üzrə göstəricilərlə (1,273,258 min AZN, 1,623,225 min ABŞ dolları) müqayisədə 80% artım deməkdir. (Xarici valyuta mübadiləsinin təsiri 2015-ci ildə baş vermiş devalvasiya ilə bağlı 497,081 manat olmuşdur, beləliklə də, mütləq mənada artım 41% təşkil edib).
Azərbaycan bazarında kreditlərin geri ödənməsinin tənəzzülə uğrayan balansını və Azərbaycanın əsasən xarici bizneslə məşğul olan korporativ müştəriləri və kiçik və orta sahibkarları (KOS) arasında getdikcə artan kredit tələbini nəzərə alaraq, PAŞA Bank böhranın davam etdiyi müddət ərzində öz güclü kapital mövqeyindən faydalanmışdır və özünü bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlərin güclü tərəfdaşı kimi göstərib. 
Bazarda tənəzzül müşahidə olunduğu dövrdə belə davamlı fəaliyyət göstərməyi və müştəriləri xidmətlərlə təmin etməyi sayəsində Bank son bir neçə il ərzində formalaşdırdığı münasibətlərdən bəhrələnməkdədir. Bunun nəticəsi olaraq, Bank 1,374,113 min manata (881,181 min ABŞ dolları) bərabər balansı olan müştəri bazasını yaratmağa müvəffəq olub. Qeyd edilən müştəri bazası balansı əsasən müddətsiz və müddətli hesablar üzrə müvafiq olaraq 66% və 34% nisbətində formalaşıb (2014-cü ilin sonuna müvafiq olaraq 79% və 21% nisbətində). 
PAŞA Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ və KOS seqmentlərində bazar payını daha da artırmaqla Azərbaycan bazarının liderinə çevrilmək istiqamətində səylərini davam etdirir. 
Aktivlərin keyfiyyəti və müştərilər üçün düzgün maliyyə qərarlarını qəbul edilməsi hələ də bir nömrəli prioritetdir və Bank ildən ilə bu yanaşmanı daha da təkmilləşdirməyə sərmayə yatırmağı davam etdirir. Azərbaycanda regional yerli banka çevrilməklə, PAŞA Bank yerli bankçılıqda münasibətlərə köklənmiş bankçılıq və kredit risklərinin anderraytinqi konsepsiyasını təqdim edib. Bu isə özünü aktivlərin keyfiyyətində və burulğanlı iqtisadi mühitdə belə gəlirin əldə edilməsində büruzə verib. 

 

Xəbər xətti