Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi Nərimanov Rayon İcra Hakimiyyətini məhkəməyə verib. “Report”un məlumatına görə, dövlət agentliyi sərəncamın ləğv edilməsi barədə tələb irəli sürüb.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkünsüz sayıb.
Həmin qərardan narazı qalan ƏMDK agentliyi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Üçüncü şəxslər qismində Səyavuş Eldar oğlu Qurbanzadə və “Bakşon LTD” MMC göstərilib.