Dünən Bakı şəhərinin Qaradağ rayonu ərazisində sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır yol qəzasında ölənlərin adları məlum olub. Lent.az-ın məlumatına görə, saat 16:30 radələrində Bakı-Ələt magistral yolunun 36-cı kilometrliyində "İsuzu" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində vəfat edən şəxslər Şəmkir rayonunun Təzəkən kənd sakini, 1954-cü il təvəllüdlü Əmiraslanova Nanə Məmməd qızı və 1983-cü il təvəllüdlü Əmiraslanova Röya Rasim qızıdır. Onların gəlin-qayınana olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.