Cəlilabadda 17 yaşlı qız intihar edib

18:37 - 3 İyun 2016 - HADİSƏ

 Bu gün Cəlilabadda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 1999-cu il təvəllüdlü Səbinə Ümidvar qızı Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib. 17 yaşlı qızın özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti