Balakəndə 50 yaşlı kişi özünü xəstəxana binasından atdı

16:04 - 1 İyun 2016 - HADİSƏ

Balakəndə intihara cəhd olub. Şahidlərin APA-ya verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb. Xəstəxanadan APA-ya bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti