Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Rauf Cavanşir oğlu Sadıxov polisə ərizə ilə müraciət edərək Nadir Şıxzadə oğlu Babayevin iş qurmaq adı ilə onu aldadaraq 118 min 700 manat pulunu mənimsədiyini bildirib.Faktla bağlı araşdırma aparılır.