Formula 1 yarışı zamanı Bakı bulvarının köhnə ərazisi bağlı olacaq. Bu barədə “qafqazinfo”ya məlumatı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. O bildirib ki, yarışlar ərəfəsində, yəni 17, 18, 19 iyun tarixlərində Bulvarın Dəniz Vağzalından Azneft dairəsinə kimi olan hissəsində hərəkət məhdudlaşdırılacaq: “Ağ Şəhər bulvarı, yeni bulvar, Bayıl bulvarı və Bayraq Meydanının ətrafında insanlar həmin günlərdə rahat şəkildə istirahət edə bilərlər. Sözügeden ərazidə fəaliyyət göstərən işçilər akreditasiyadan keçib, işdən qalmamalı olan hər kəsə xüsusi hüquqlar verilib”.