“Dreamland”də beynəlxalq qolf turniri keçirildi

18:07 - 31 May 2016 - İDMAN

“Dreamland”də beynəlxalq qolf turniri keçirildi. Beynəlxalq qolf aləmində həvəskarlar arasında ən böyük və həyəcanlı qolf turniri sayılan Türk Hava Yolları Dünya kuboku “Dremland” Qolf Klubunda keçirildi. 29 may tarixində keçirilən turnirdə 80 nəfər həvəskar qolfçu iştirak edirdi.  
Beynəlxlaq standartlara cavab verən 18 dəlikli “Dreamland”ə qolf klubu ilk dəfə olaraq beynəlxalq səviyyəli iri çaplı qolf turnirinə ev sahibliyi edirdi. 
Dünya standartlarına müvafiq ilk olaraq səhər yeməyindən başlayan turnirdə iştirakçılar daha sonra “Dreamland” Qolf Akademiyasına yollandılar. Burada oyuna hazırlıq, komanda brifinqlərindən sonra isə qolf sahəsində güclərini sınadılar. 
Turnirin qonaqları üçün isə qolf akademiyasında xüsusi olaraq qolf təlimləri verildi. 
Həvəskar dünya kubokunun qalibi 44 xalla “Dreamland” Qolf klubun üzvü Martin Dokerti oldu. Bu qalibiyyətlə o, cari ilin oktaybr, noyabr aylarında Antalyada keçiriləcək BEynəlxalq Qolf Turinində iştirak etmək şansı əldə etdi. 
Qeyd edək ki, turnin ilk seçmə mərhələləri Darüssalam, Mumbay, Dohada keçirilmişdir. 2016-cı ilin oyunları isə Honkonq, Böyük Britaniya, Cənubi Koreya, Yanoniya, ABŞ, İtaliya, Fransa, Türkiyə kimi ölkələrdə keçirilmişdir. Azərbaycan da “Dremland” Qolf Klubla bu ölkələrin siyahısında yer aldı. 

 


Xəbər xətti