Bu il Bakıda keçiriləcək "Formula-1" yarışları ilə əlaqədar olaraq paytaxtdakı ali təhsil müəssisələrində və kolleclərdə yay imtahanlarının keçirilmə vaxtı dəyişdirilib.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, elm, ali və orta ixtisas təhsili şöbəsi yarışlar keçirilən müddətdə müəllim və tələbələrin imtahanlarda iştirakında hər hansı problemin yaranmaması üçün universitetlərdən, orta ixtisas təhsil müəssisələrinin rəhbərlərindən iyunun 15-dən 20-dək imtahan təyin olunmamasını xahiş edib. Digər günlərdə isə imtahanlar əvvəlcədən təyin olunduğu qaydada davam etdiriləcək.
C.Valehov deyb ki, bu, yalnız tövsiyə xarakterlidir və imtahanların keçirilməsi kiçik bir dövrü əhatə edəcək.
Yay imtahan sessiyasına iyunun 1-dən start veriləcək, iyulun 5-də yekun vurulacaq.