"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə inanmıram"."Report" xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Varşava Universitetində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl bu məsələnin siyasi həllini dəstəklədiyini göstərən bəyanat verib: "Orada həddən artıq hərbi qüvvənin olmasını dəstəkləmirəm. Münaqişə tərəflərini atəşkəsə hörmət etməyə çağırıram".
O, həmçinin münaqişənin sülh yolu ilə həllinə dair səyləri daha da artırmağa dair çağırış edib.