67
Bu gün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanlarının sonuncu günüdür.
Ucnoqta.az xəbər verir ki, bu günün birinci seansında ingilis dili, alman dili, fransız dili, ikinci seansda isə riyaziyyat və kimya müəllimi olmaq istəyən namizədlər imtahan verəcəklər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunur.
