Azad edilmiş ərazilərdə ötən ay 284 mina aşkarlanıb

11:57 - 1 İyun 2026 - ÖLKƏ İÇİ

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən ötən ay icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Ucnoqta.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə may ayında 173 piyada əleyhinə mina, 111 tank əleyhinə mina, 1537 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7520, 2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Xəbər xətti