Azərbaycanda eltilər arasında dava- 6 yaşlı uşaq bıçaqlandı

11:23 - 24 May 2026 - ÖLKƏ İÇİ

Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib.

Ucnoqta.az Bizim Media-ya istinadən xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.

Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb. Bu vaxt bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Nuray Mehman qızı Cəbrayılovanın çənə nahiyəsinə dəyib.

Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər xətti