Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır kəndində iki qadın qətlə yetirilib.
Ucnoqta.az xəbər verir ki, qəsəbə ərazisində 1989-cu il təvəllüdlü və 1996-cı il təvəllüdlü iki qadın bıçaqlanıb.
Hər iki qadın hadisə yerində dünyasını dəyişib. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.
Qətli törədən şəxs hadisə yerindən qaçıb.
Hazırda polis əməkdaşları tərəfindən qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.