Tərtər şəhərində 7 yaşlı uşaq kanalda boğulub.
APA-nın məlumatına görə, hadisə ötən gün günorta saatlarında baş verib.
Belə ki, Tərtər şəhər sakini 2019-cu il təvəllüdlü A.Mustafazadə ehtiyatsızlıqdan evin qarşısındakı kanala düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.