İran öz silahlanmasında olan Çin PUA-larını vurur? - Hərbi ekspert

11:12 - 3 Aprel 2026 - Xəbər

"İran dövlətinin rəsmi informasiya agentliyi olan TASNİM dəfələrlə ABŞ -nin MQ-9 "Reaper" pilotsuz uçuş aparatlarimin vurulması barədə məlumat verib. Son dəfə isə Şiraz istiqamətində İran tərəfindən vurulan PUA-nın görüntülərini də paylaşıb".

Ucnoqta.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev bildirib. Ekspert qeyd edir ki, görüntülərdən məlum olub ki, bu Çin istehsalı olan i “Wing Loong 2” PUA-sının qalıqlarıdir:
"90 milyonluq ölkədə Çin vasitəsini ABŞ vasitəsindən ayırd edə biləcək mutəxəss tapılmır. Heç olmasa PUA üzərindəki Çin heroqlifləri ilə olan yazılara baxardınız.
Nəzərə alsaq ki,  “Wing Loong 2” pilotsuz aparatları ABŞ və İsrailin arsenalında yoxdur, amma onlar BƏƏ və Səudiyyə Ərəbistanının silahlanmasında yer alır, o zaman iki versiya ortaya çıxır.
1. İran öz silahlanmasında olan Çin PUA-larını vurur.
2. BƏƏ və Səudiyyə Ərəbistanı İran qarşı müharibəyə qoşulub ( Bu ehtimal barədə dəfələrlə yazmışam).
Hər iki versiya İran üçün yaxşı heç nə vəd etmir.
Bu PUA-dan birini Türkiyə 2019-cu ildə Liviyada lazer silahı ilə əridib yerə salmışdı".


Xəbər xətti