General polkovniki vəzifəsindən AZAD ETDİ

11:46 - 31 Mart 2026 - Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi dəyişib. 

Ucnoqta.az xəbər verir  ki, Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə 2011-ci ildən sözügedən vəzifədə çalışan daxili xidmət polkovniki Şirinov Vüqar Fazil oğlu vəzifəsindən azad olunub və təqaüdə göndərilib. 

Digər əmrlə Balakən rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə Kənan Eldarov təyin edilib.

Xəbər xətti