Azərbaycan millisi qalib oldu

21:31 - 30 Mart 2026 - İDMAN

Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.

Ucnoqta.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.

Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.

Xəbər xətti