“Sumqayıt” “Qəbələ” ilə bərabərə qaldı

21:46 - 20 Fevral 2026 - İDMAN

Misli Premyer Liqasında XXI turun daha bir qarşılaşması baş tutub.

Ucnoqta.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi xallarının sayını 31-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. “Qəbələ” isə 15 xalla 10-cu sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Turan Tovuz” “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. XXI tura fevralın 22-də yekun vurulacaq.

Xəbər xətti