Tokayev ABŞ-da Sülh Şurasının təsis iclasında iştirak edəcək

12:16 - 18 Fevral 2026 - DÜNYA

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 18-19 fevral tarixlərində Vaşinqtona işgüzar səfər edəcək və orada Qəzza Sülh Şurasının təsis iclasında iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, 18-19 fevral 2026-cı il tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə dövlət başçısı Kasım-Jomart Tokayev Sülh Şurasının təsis iclasında iştirak etmək üçün Vaşinqtona işgüzar səfər edəcək.

Tokayevin həmçinin ABŞ-da Amerika şirkətlərinin nümayəndələri ilə bir sıra görüşləri planlaşdırılıb.

Xəbər xətti