Transformator partladı - Biləsuvarın bir hissəsi işıqsız qalıb

12:40 - 14 Fevral 2026 - ÖLKƏ İÇİ

Biləsuvarda transformator partlayıb.

Ucnoqta.az xəbər verir ki, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.

Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.

Hazırda ərazidə təmir-bərpa işləri aparılır.///apa

Xəbər xətti