Deputatlar qan verdilər

16:48 - 12 Fevral 2026 - Cəmiyyət

Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara uyğun olaraq bu sahədə görülən işlərə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək vermək məqsədilə fevralın 12-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.

Xəbər xətti