DİN əməliyyat keçirdi: Mütəşəkkil dəstə üzvləri saxlanıldı - Video

13:37 - 17 Dekabr 2025 - HADİSƏ

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Bu barədə Ucnoqta.az-a DİN-dən məlumat verilib. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Xəbər xətti