Aİ Rusiya qazına idxal qadağası üçün ilkin razılaşma qəbul edib

08:25 - 3 Dekabr 2025 - İQTİSADİYYAT

Avropa İttifaqına (AB) üzv dövlətlər Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) idxalını qadağan etmək üçün ilkin razılaşma qəbul ediblər.

Ucnoqta.az bildirir ki, bu barədə 3 dekabrda Avropa İttifaqı Şurasının saytında məlumat verilib.

Nəşr bildirib ki, bu gün Şuranın Sədri və Avropa Parlamentinin nümayəndələri Rusiya təbii qazının idxalını mərhələli şəkildə dayandırmaq üçün tənzimləmə barədə ilkin razılığa gəliblər.

Bundan əlavə, qadağa Rusiyadan boru kəməri qazına da şamil ediləcək. Mətbuat açıqlamasına görə, tam qadağa 2026-cı ilin sonuna qədər qüvvəyə minəcək.

Kəmər qazının idxalına qoyulan qadağanın 2027-ci ilin payızında qüvvəyə minəcəyi dəqiqləşdirilib.

Xəbər xətti