Parisdə qatar stansiyasında bıçaqlı şəxs zərərsizləşdirilib

19:04 - 14 Noyabr 2025 - DÜNYA

Polis əməkdaşları Parisdəki Monparnas qatar stansiyasının platformasında bıçaqla hərəkət edən bir kişini zərərsizləşdirib və ona bir neçə dəfə atəş açıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Actu onlayn portalı məlumat verib.

Bıçaqla silahlanmış kişi Renn şəhərindən qatara minib. O, platformaya gələn polis əməkdaşlarına qarşı aqressiv davranıb və nəticədə onlar ona ən azı iki dəfə atəş açıblar.

Hələlik onun vəziyyəti barədə məlumat yoxdur. Portalın məlumatına görə, polis məmurunun atəşlərindən biri platformadakı digər sərnişini ayağından yaralayıb. Təcili yardım xidmətləri ona tibbi yardım göstərilib.

Xəbər xətti