Azərbaycan Ordusu Topxana meşəsinin ən yüksək zirvəsindən Şuşaya necə daxil olub?
Ucnoqta.az xəbər verir ki, AzTV Şuşa döyüşlərindən real kadrlar təqdim edib. DİN-in Daxili Qoşunların hərbi qulluqçusu - Vətən müharibəsi qəhrəmanı, polkovnik-leytenant Nicat Bədəlov, Şuşa və Füzuli şəhərlərinin azad edilməsinə görə, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan mayor Taleh Rüstəmli nəfəskəsən əməliyyatdan danışıb.