ABŞ başqa ölkələrdən idxal edilən yük maşınlarına rüsumlar tətbiq edəcək

22:43 - 6 Oktyabr 2025 - İQTİSADİYYAT

ABŞ prezidenti Donald Tramp ABŞ hökumətinin noyabrın 1-dən etibarən digər ölkələrdən idxal edilən bütün orta və ağır yük maşınlarına rüsum tətbiq edəcəyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, Truth Social-da yazıb.
 “2025-ci il noyabrın 1-dən başqa ölkələrdən ABŞ-a daxil olan bütün orta və ağır yük maşınları 25% tarifə tabe olacaq”.

Sentyabrın 25-də Tramp bəyan edib ki, ABŞ oktyabrın 1-dən etibarən “dünyanın digər yerlərində istehsal olunan bütün ağır (böyük) yük maşınlarına” 25% rüsum tətbiq edəcək.

Xəbər xətti