Lekornunun istefasından sonra Fransa səhmləri ucuzlaşıb

15:18 - 6 Oktyabr 2025 - İQTİSADİYYAT

Fransanın yeni baş naziri Sebastyan Lekornunun istefa qərarından sonra Fransanın səhmləri və aktivlərinin qiymətləri ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 6-da Boursedirect məlumat yayıb.

"Lecornunun istefası siyasi səhnəni qeyri-müəyyənliyə sürükləyir. İnvestorlar iqtisadi və fiskal siyasətdə domino effektindən qorxurlar", - XTB France investisiya firmasının araşdırma rəhbəri Antuan Andreani bildirib.

"Boursedirect"in məlumatına görə, Paris CAC 40 fond indeksi 2%, BNP Paribas, Societe Generale və Credit Agricole banklarının səhmləri isə 4-5% ucuzlaşıb. Bu arada, Fransanın orta səviyyəli səhmləri 2025-ci ilin aprelindən bəri ən böyük azalma olan 3% azalıb.

Xəbər xətti