Rusiyada benzinin qiyməti yenə artdı

16:05 - 7 Avqust 2025 - İQTİSADİYYAT

Premium-95 markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gün rekordunu yeniləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatında deyilir.

Aİ-95 markalı benzinin qiyməti avqustun 7-də 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün maksimum qiymət dəyərini yeniləyib.

AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).

Xəbər xətti