Sosial şəbəkədə yayılan görüntülər araşdırılıb - Saxlanılanlar var

09:38 - 4 Avqust 2025 - HADİSƏ

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Ucnoqta.az-a bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

"Əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər", -o əlavə edib.

Xəbər xətti