Yəmən sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 54-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Gəmidədə 150-yə yaxın afrikalı miqrantın olduğu qeyd edilir.
Gəminin qəzaya uğraması həmin gün Yəmənin Ərəbistan dənizindəki Abyan əyalətinin sahillərində baş verib. Gəmiddə Efiopiyadan olan miqrantların olduğu dəqiqləşdirilib, lakin marşrutun son təyinatı məlum deyil.