BAEA nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək

00:01 - 4 Avqust 2025 - DÜNYA

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyəti gələn həftə Tehrana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, “danışıqlarda məsələnin siyasi tərəfi müzakirə olunacağından” nümayəndə heyətinə müfəttişlər daxil olmayacaq.
Tərəflərin “agentliklə əməkdaşlığın dayandırılması ilə bağlı parlamentin qəbul etdiyi qanunun icra mexanizmlərini müzakirə edəcəkləri” gözlənilir.

Xəbər xətti