Avstraliyanın şərqini rekord miqdarda qar yağıb
Ucnoqta.az “Reuters”ə istinadən xəbər verir ki, Avstraliyanın şərq hissəsi rekord miqdarda qarla örtülüb.
Məlumata görə, Yeni Cənubi Uelsin şimalında qar uçqunlarının hündürlüyü 40 santimetrə çatıb.
“Avstraliyanın şərqində bir sıra şəhərlər onilliklərin ən qalın qarı ilə örtülmüşdür...Güclü qar avtomobillərin hərəkətinin dayanmasına və minlərlə evdə elektrik enerjisinin kəsilməsinə səbəb olmuşdur”, - agentlik yazır.
Yeni Cənubi Uelsdə artıq 1455 insident qeydə alınıb. O cümlədən, 100-dən çox avtomobil qarda qalıb.
Bundan əlavə, Kvinslendə 10 ildə ilk dəfə qar yağıb. Elektrik enerjisinin kəsilməsi də bildirilir - on minlərlə ev işıqsız qalıb.