"Qarabağ" yeni transferini açıqladı - FOTO

21:44 - 3 Avqust 2025 - İDMAN

"Qarabağ" yeni transferini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümdə İspaniyanın “Rayo Valyekano” klubunda çıxış edən Joni Montielin (Jonathan Monitel Caballero) keçidi rəsmiləşib.

Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək.

26 yaşlı sol vinger “Rayo Valyekano”nun yetirməsidir. O, 2015-ci ildə əsas komandaya keçib. Joni klubda keçirdiyi 10 ildə icarə əsasında “Toledo”, “Deportivo” (La-Korunya), “Ovyedo”, “Valyadolid”, “Levante” və “Burqos” klublarında icarədə olub. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib.

Xəbər xətti