“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi bütün ölkələrin maraqlarına uyğun həyata keçirilir
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsrail və İran arasında münaqişə bitdikdən sonra layihənin davam etdiriləcəyinə ümid etdiyini bildirib.
"İstənilən halda, bunun qaynar mərhələsi başa çatan kimi ümid etmək istərdim ki, bu layihənin gələcək həyata keçirilməsi prosesi davam etdiriləcək. Çünki bu, bütün ölkələrin maraqlarına uyğundur. Bütün ölkələr maraqlıdır. Bu münaqişə necə inkişaf etsə də, müharibə başa çatdıqdan sonra layihənin icrası davam edəcək", - Kreml nümayəndəsi deyib.